Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Daha bir ölkə Qüdsdə səfirlik açacaq

ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan sonra bir sıra ölkələr buna sərt reaksiya veriblər.

ABŞ və Qvatemalanın ardından Honduras da Qüdsdə səfirlik açacağını bəyan edib.

Din.az xəbər verir ki, bu barədə 3 ölkənin – ABŞ, İsrail və Hondurasın dünən verdiykləri birgə açıqlamada qeyd olunub.

Honduras səfirlik açma barəsində yaxın zamanlarda ABŞ və İsraillə müzakirələrə başlayacaq.

Qeyd edək ki, Trampın qərarı ilə ABŞ- Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan sonra bir sıra ölkələr buna sərt reaksiya versələr də, Qvatemala və Honduras bu qərarı dəstəkləmişdi.

Xatırladaq ki, Qvatemala bir müddət öncə öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyini elan etmişdi. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...