Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Daha bir ölkə səfirliyini Qüdsə köçürür

İsrail Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə davam edir.

Çexiya prezidenti Miloş Zeman ölkənin İsraildəki səfirliyinin Qüdsə köçürülməsi mümkünlüyünün nəzərdən keçirildiyini bildirib.

Din.az xəbər verir ki, onun sözlərinə görə, diplomatik nümayəndəliyin köçürülməsi prosesi üç mərhələdən ibarət olacaq.

O qeyd edib ki, oktyabrda Qüdsdə Çexiyanın fəxri konsulluğu açılacaq. Bundan sonra orada “səfirliyin faktiki köçürülməsinədək digər Çexiya müəssisələri” açılacaq.

Bildirilir ki, Zeman Qüdsdə Çexiya diplomatik nümayəndəliklərinin konkret nə zaman açılacağı barədə məlumat verməyib.

Agentliyin məlumatına görə, ölkənin xarici siyasətini idarə edən Çexiya hökuməti bu planları təsdiq etməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...