Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Daha bir ölkə səfirliyini Qüdsə köçürür

Bu ölkə bu ay ərzində səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcək.

Trampın Qüds qalmaqalından sonra daha bir ölkə səfirliyini qüdsə köçürmə qərarı alıb.

Din.az xəbər verir ki, bu haqda məlumatı İsrailin Xarici İşlər Nazirliyi bildirilib.

Adıçəkilən ölkə isə Paraqvaydır. Cari ölkə bu ay ərzində səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcək.

Emmanuel Nahşon açıqlamasında “Paraqvay prezidenti Horkio Kartes ayın sonunda Qüdsdə səfirlik açmaq üçün İsrailə gələcək” fikrini səsləndirib. Paraqvay Xarici İşlər Nazirliyindən məlumatın doğruluğu təsdiqlənməsə də, məsələ ilə bağlı hələlik bir qərara gəlmədikləri söylənilir.

Qeyd edək ki, İsrail Fələstinin paytaxtı kimi tanınması cəhdini ilk dəfə Donald Tramp irəli sürmüş, bir qism ölkələr buna dəstək olsalar da İƏT-ın Ankara yığıncağında Azərbaycan və bir sıra ölkələr əleyhinə səs vermişdilər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...