Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Daha bir ölkədə hicab məhkəməsi

Məktəbin şagirdlərə tətbiq etdiyi hicab qadağası dini azadlığa ziddir.

Belçikanın Maasmechelen bölgəsindəki məktəblərdə hicab qadağası ilə bağlı məhkəmə başa çatıb.

Din.az xəbər verir ki, 11 şagirdin valideyni tərəfindən açılan məhkəmə şagirdlərin lehinə nəticələnib. Məhkəmə Avropa İnsan Hüquqları haqqında Konvensiya müddəalarını əsas gətirərək, Avropa ölkələrinin vətəndaşlarının dinlərini istədikləri kimi yaşamaq hüququna malik olduğunu, məktəbin şagirdlərə hicab qadağasının dini azadlığa zidd olduğunu bildirib.

Məhkəmənin qərarına əsasən sözügedən tələbələr 30 gün içərisində məktəblərində hicab taxa biləcəklər. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...