Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Daha bir ölkədən Arakanlı müsəlmanlara dəstək – “Həmişə onların yanındayıq”

Prezident hər zaman Arakanlı müsəlmanlara dəstək olacağını bildirdi.

İndoneziya prezidenti Coko Vidodo Arakanlı müsəlmanlara qarşı törədilən əməlləri kəskin şəkildə tənqid edib.

Din.az Metbuat.az-a istinadən bildirir ki, o, Myanmada şiddətin dərhal dayandırılmalı olduğunu vurğulayıb. Prezident hər zaman Arakanlı müsəlmanlara dəstək olacağını da əlavə edib:

“Fevralda onlar üçün 10 konteyner yardım ləvazimatları göndərdik. Məktəb və xəstəxana layihələrimizi daam etdiririk. Yardımlarımız davamlı olacaq”.

Eyni zamanda problemin təkcə danışıqlarla həllinin mümkün olmadığını deyən prezident əməli tədbirlər görülməsinin vacibliyindən danışıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...