Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Danimarka hökuməti qaçqınların bu ölkədə məskunlaşmasına icazə verib

Qaçqınların yerləşdirilməsi BMT-nin müəyyənləşdirdiyi kvota əsasında reallaşacaq.

Danimarka hökuməti qaçqınların ölkəsində məskunlaşmaları üçün BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığına müraciət edib.

Din.az bildirir ki, Danimarkanın İmmiqrasiya və İnteqrasiya naziri Mattias Tesfaye ölkəsinin bu ildən qaçqınları qəbul etmək imkanlarının olduğunu və onların yerləşdirilməsinin BMT-nin müəyyənləşdirdiyi kvota əsasında reallaşacağını bildirib. Nazir əlavə edib ki, Danimarkanın hər il 500 qaçqını qəbul etmək imkanı var.

Qeyd edək ki, Danimarka hökumətinin bu qərarı ölkədə baş verən iqtidar dəyişikliyindən sonra olub. İyun ayının 5-də keçirilən seçkilərdən sonra iqtidarda Sosial Demokrat partiyası təmsil olunur. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...