Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Danimarkada hicab qadağasına qarşı etiraz aksiyaları keçirilir

Pərəncə və niqab geyinmiş qadınlar küçələrə çıxdılar.

Danimarkada pərəncə və niqab geyməyə qadağa qoyan qanun layihəsinə etiraz edən yüzlərlə sakin Kopenhagendə etiraz aksiyası keçirib.

Din.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Danimarka paytaxtının küçələrinə çıxan pərəncə və niqab geyinmiş qadınlar əllərində üzərində “liberal ikiüzlülük” və digər şüarlar yazılmış plakatları daşıyıblar. Etirazçılar Danimarka hökumətini qadağanın qəbulu ilə qeyri-demokratik addım atmaqda ittiham ediblər.

Aksiyada iştirak edən hüquq müdafiəçiləri, öz növbəsində, bu qanunun qadın hüquqlarının pozulması kimi qiymətləndirərək, onun müsəlman miqrantların Danimarka cəmiyyətinə daha yaxşı inteqrasiyasına maneə olduğunu bildiriblər.

Xatırladaq ki, pərəncə və niqab geyməyə qadağa qoyan qanun layihəsi cari ilin mayında Danimarka parlamentində səs çoxluğu ilə qəbul edib. Layihəyə əsasən, qanunu pozanları 1000 Danimarka kronu (təxminən 134 avro), təkrar pozanları isə 10 min kron (1340 avro) məbləğində cərimə gözləyir.

Danimarka parlamenti bu qadağanın qoyulması məsələsini ilk dəfə 2009-cu ildə qaldırıb.

Qeyd edək ki, oxşar qadağalar Avstriya, Bolqarıstan və Fransa da tətbiq olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...