Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Danimarkada ilk qadın məscidi açılıb – FOTO

Məscid “İslam feminizmi” layihəsinin dönüş nöqtəsi hesab olunur

Avqustun 26-da Kopenhagendə qadınlar tərəfindən idarə olunan ilk skandinav məscidində birinci namaz qılınıb.

“Din.az” AZƏRTAC-a istinadən bildirir ki, kişilər üçün girişin qadağan olunduğu məscid “İslam feminizmi” layihəsinin dönüş nöqtəsi hesab olunur. Altı ay əvvəl ticarət küçəsində yerləşən bir mənzildə yaradılan məscidin məqsədi qadınlara hakimiyyəti ələ ala biləcəklərini göstərməkdir.

İmam Salihə Mari Fettehin ilk vəzində yarısı müsəlman olmaqla 60-a yaxın qadın iştirak edib.

rt_womens_mosque_1_kb_150204_16x9_992

56bf5a65c461888d468b45a3

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir