Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

DARVİNİN ÖZÜ BUGÜNKÜ ATEİSTLƏRİN İDDİA ETDİYİ KİMİ ATEİST DEYİLDİ – ELŞAD MİRİDƏN ROMANTİK ATEİSTLƏRƏ CAVAB

“Ateist olan birinin əxlaq anlayışı absurd bir məsələdir”.

Millət vəkili Fazil Mustafanın Darvinin Təkamül Nəzəriyyəsi ilə bağlı əks fikirləri ateistlərin narazılığına səbəb olub.

Hətta təkamülçülərdən millət vəkilinə cavab da ünvanlanıb. Taryel Abdullayev deyib ki, Millət vəkili Fazil Mustafanın son müsahibəsində səsləndirdiyi elmə, xüsusən Təkamül Nəzəriyyəsinə qarşı tutarsızlıqlar məndə böyük təəssüf hiss yaratdı və düşünürəm artıq Fazil bəy qocalıq dövrünü yaşayır.

Bu ifadələrin qeyri-etik, uyğun olmaması da bir başqa mövzudur.

Darvinin Təkamül nəzəriyyəsi ətrafında olan debata İlahiyyatçı Elşad Miri də qoşulub. O, təkamülçü Trayel Abdullayevin müsahibəsində sadaladığı bəzi məsələlərə aydınlıq gətirib.

Elşad Miri Fazil Mustafaya ünvanlanan qocalıq dövrünü yaşayır ifadəsinə belə cavab verib:

“Bu, əxlaqdan kənar bir sözdür. Onu da qınamıram. Çünki ateist olan birinin əxlaq anlayışı absurd bir məsələdir. Bütün həyatı tənzimləyən elmdirsə, elmdə yaxşı və ya pis olmur. Əxlaqlı və ya əxlaqsız anlayışı olmur. Bu cür yazmasına təəccüblənmirəm”.

İlahiyyatçı deyib ki, əgər həqiqətən Təkamül Nəzəriyyəsi təsdiqini tapsaydı, bu gün əleyhinə fikirlər səsləndirilməzdi.

“Hər kəsin də qəbul edəcəyi bir məsələ olardı. Lakin aydındır ki, bu gün bu məsələ hələ də öz təsdiqini tapmayıb. Bəzi xaricdəki nüfuzlu universitetlərin adlarını çəkib ki, orda nəzəriyyə ilə bağlı araşdırmalar aparılır. Həmin nüfuzlu universitetlərdən daha çoxunun adını çəkə bilərik ki, orda dinlər və onların tarixi ilə bağlı müəyyən fənnlər tədris edilir . Məsələn, Harvard , Kalforniya universiteti. Bu siyahını bir qədər də uzatmaq olar. Ancaq bunları sadalamaqla nə dəyişəcək onu anlamıram. O universitetlərin adını çəkərkən bir məsələni unudur. Həmin universitetlərin qurucuları kimlərdir? Onlar dinsizdir? Həmin universitetlərin qurucuları din adamları, bəziləri din xadimləri olmuş şəxslərdir. Hazırda həmin universitetlərdən bzəilərinin binaları əvvəllər kilsə olub. İndi isə orda elm öyrədilir. Sonra da həmin universitetlərin qurucularını ateist kimi təqdim etməyə çalışırlar. Bu, təəssüf vericidir”.

Elşad Miri Taryel Abdullayevin qeyd etdiyi Nobel mükafatı məsələsinə də toxunub.

“Belə bir məsələ deyib ki, The Times Higher Education bu əsrin ən çox Nobel mükafatı qazanan universitetlərini açıqladığı zaman 57 müsəlman ölkəsindən bir universitet belə yox idi. Belə deyək, bu gün Avropa ölkələri özlərini xristian ölkəsi sayırmı? Avropada yaşayan insanlar özlərini xristian hesab etsə də, onlarda xristianlıqdan əsər-əlamət varmı? Nobel mükafatından danışırsınız, arxada gördüyünüz bina Nobel mükafatının verildiyi binadır. İsveçin paytaxtı Stokholmda yerləşir. Siyasi məqsədlərlə tikilmiş binada bilirik ki, Nobel mükafatları verilir. O mükafatları gözümüzdə şişirtməyək. Nobel mükafatnı dinsiz insanlar, dindarlara qarşı istifadə edirlər. Amma sonuncu Kimya sahəsi üzrə Nobel mükafatı alan Əziz Sancar dindardır. Özü Azərbaycanda bu məsələni gündəmə gətirdi. Verdiyi müsahibələrdə də bunu qeyd edir. Bundan başqa, səhv etmirəmsə, Nobel mükafatlarının verilməsinə 1901-ci ildən başlanılıb. Bəs 1901-ci ildən əvvəlki insanlar Nobel almayıblarsa, onlar alim deyilmi? Biz Nyutonu Kopherniki alim hesab etməməliyik? Bu siyahını daha da uzatmaq olar.

Barak Obama yeni prezident seçilmişdi. Yuxudan ayılır ki, ona Nobel mükafatı verilir. Yuxuda görürmüş kimi qəbul edir. Sonradan bilirik ki, ona sülh mükafatı verilir. Onun sülh mükafatı almasının bir əsası vardı? Ona görə də bu tip məsələləri gözünüzdə o qədər də şişirtməyin.

Nəzəriyyədə əcdadının meymun olduğu qeyd edilir. Əcdad ərəbcədən tərcümədə dədə-baba deməkdir. Kim ata-babasının meymun olduğuna inanırsa burda, heç bir problem yoxdur. Və ya gəlmədiyini iddia edirsə ona da hörmətlə yanaşmaq lazımdır. Bu o demək deyil ki, bütün darvinistlər ateistdir və ya darvinist olmayanların hamısı teistdir. Bu gün o qədər nəzəriyyəni qəbul edən dindarlar var. Və ya Təkamül nəzəriyyəsini qəbul etməyən ateistlər də var. Məsələn tanıdığım dindarlar var və onalar deyir ki, təkamül Allahın yaratdığı ən böyük nemətdir. Onun sayəsində insanlar təkamülləşərək bu günə gəlib çıxıblar.

Daha sonra Adəmin palçıqdan yaranması ilə bağlı bir məsələ də var. Qurani Kərimdə Adəmin torpaqdan yaranması ilə bağlı sadəcə bir ayə var . Digərlərində bütün insnların torpaqdan yaranmasından bəhs olunur. Səhv etmirəmsə, 5 və ya 6 ayədə hal-hazırda yaşayan insanların torpaqdan yaradılmasından danışılır. Bu o demək deyil ki, biz hamımız torpaq kimi gəzirik, hərəkət edirik, bədənimiz tökülür və s. Terminator filmindəki kimi. Torpaqdan yaradılmaq o deməkdir ki, insan torpaqda yetişən məhsullarla qidalanır. Qidalandığımız heyvanlar torpaqda yetişənlərdən yeyir. Ana bətnində bir neçə qram olan biz insanlar, doğulanda 2-3 kiloqram doğuluruq, getdikcə inkişaf edirik. Məsələn, mən 90 kiloqrama yaxınam. Bunlar hava ilə ,su ilə olmur ki, torpaqdan gələn qidalar nəticəsində inkişaf edirik. Adəmin torpaqdan yaradılması BU mənadadır. Başqa cür başa düşməyə ehtiyac yoxdur.

Həvvanı qeyd edir, Qurani Kərimdə Həvvanın adı çəkilmir. İmam Qazzalinin adını çəkir. Onun İslama vurduğu zərələr var, o məsələyə indi toxunmanın mənası yoxdur.

Sadəcə bu məsələni oxudum və istədim həmin ölkədəykən Nobellə bağlı danışım. Məsələn, İngiltərədə olanda, orda Darvinlə bağlı araşdırmalar apardım. Onun yaşadığı yerə də getdim. Darvinin özü “Növlərin Mənşəyi” kitabını yazanda bugünki ateislərin iddia etdiyi kimi ateist deyildi. Bunu nəzərə almaq lazımdır”- deyə ilahiyyatçı vurğulayıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...