Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“David Qareci” monastırının baş keşişi: “Monastırı ziyarətlə bağlı heç bir problem yoxdur”

“Dövlət səviyyəsində müvafiq komissiya bu məsələni həll etməlidir”.

“David Qareci” monastırını ziyarət etmək istəyənlər heç bir maneə ilə üzləşmirlər. “Çixituri” monastırı da açıqdır. İstənilən şəxs oranı ziyarət edə bilir”.

Din.az ONA-ya istinadən bildirir ki, “David Qareci” kompleksinin baş keşişi Kirian Oniani “İnterpresnyus”-a açıqlamasında belə deyib. Bildirib ki, ərazidə sərhəd keşikçilərinin sayı da azaldılıb.

“Azərbaycan tərəfi sərhəd keşikçilərinin sayını 6-ya endirib. Bizdə də 6-8 keşikçi var. Ərazidə vəziyyət stabildir. Bununla belə məsələnin həlli vacib olaraq qalır. Problem həll olunmayıb. İndi dövlət səviyyəsində müvafiq komissiya bu məsələni həll etməlidir”, – deyə baş keşiş deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...