Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Demokratiyanın beşiyi”ndə müsəlman restoranını “gülləbaran” etməklə hədələdilər…

ABŞ-da müsəlmanlara qarşı təzyiqlər göstərilir.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, Vaşinqtonun ən qədim və hörmətli məhəllələrindən biri olan Corctaun bələdiyyəsinin keçmiş müşaviri Bill Starrels, Orta Şərq restoranı “Charcoal Town Hookah and Shawarma”nın işçilərini və binanın ətrafındakı müsəlmanları gülləbaran etməklə hədələməkdə günahlandırır.

Bu barədə 20 avqust çərşənbə axşamı günü “WTOP-FM” saytı yazıb. İstintaq materialları göstərir ki, bu ilin may ayında Starrell şaurma verilən və qəlyan çəkilən bu müəssisəyə girib və otaqdan gələn səs-küyə etiraz etməyə başlayıb.

Yeməkxananın sahibi Bəşər Mehyar və tabeçiliyində olan iki nəfər, Starrelsin müştəriləri və yoldan keçənləri güllələməklə hədələdiyi barədə şikayət edərək polisə müraciət edib. Polis araşdırma aparır.
Starrels, 2000-ci ildən 2017-ci ilə qədər Corctaun Dairəsi üzrə komissar vəzifəsini icra edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...