Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dənizdə boğulan iki türkü xilas edərkən özü ölən liviyalı hafizin faciəli həyatı

Quran hafizi, din alimi və xətibin acı həyatı …

İstanbulda Arnavutköydə ailəsiylə piknikə gedən liviyalı alim Abduləzim Alfaravi dənizdə boğulan iki Türkiyə vətəndaşını xilas edərkən boğulub.

Din.az bildirir ki, qiyamçı general Haftar tərəfindən həbs olunan və igəncələrə məruz qalan 8 uşaq atası Alfaravinin həyatı faciə ilə bitib.

Gəncləri xilas edərkən xəstə olan bədəni yorğun düşüb. Daxili qanaxma keçirən Alfavarini xilasedicilər sahilə çıxara bilib. İlkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılan alimin həyatını xilas etmək mümkün olmayıb.

Alfaravinin Liviyadan Türkiyəyə uzanan həyat hekayəsində ilginc detallar var.

Alfaravi Bingazidə anadan olub. 49 yaşında idi. Dənizçilik fakültəsindən məzun olduqdan sonra gəmi kapitanı olaraq uzun müddət çalışıb.

Quran hafizi, din alimi və xatibidir. 2011-ci ildə Liviyada baş verən inqilabda mühüm rol oynayıb. İnqilablar zamanı minlərlə liviyalı onun vəzini dinləmək üçün axışıb.

Alfavari, 2014-cü ildə Liviyada çevriliş cəhdinə qalxan, sonrakı illərdə 6 Türkiyə dənizçisini qaçıran qiyamçı general Haftar tərəfindən həbs edilib. Yeddi ay igəncələrə məruz qaldıqdan sonra səhhəti getdikcə ağırlaşıb. Bu səbəbdən 2015-ci ilin mayında həbsdən azad olunub.

Bundan sonra doğma vətənindən uzaqlaşmaq məcburiyyətində qalıb. Liviyadan Türkiyəyə müalicə olunmaq üçün gəlib.

Türkiyəyə yerləşib liviyalılara təhsil verən məktəblərdə dərs deyirdi, Türkiyə vəqflərinə hafizlik məsələlərində dəstək verirdi.

Bir müddət öncə qaraciyər köçürülməsinə ehtiyacı olan bir liviyalının yardımına yetişməkdə tərəddüd etməyib. Həmin xəstəyə donorluq etdikdən sonra səhhətindəki problemlər daha da ağırlaşsa, sonra toparlana bilib.

Gənclik illərindən bəri gəmi kapitanlığında və dənizçilikdə təcrübəli olan Alfavarini əcəl iki türkiyəli gənci xilas etdiyi sahildə yaxalayıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...