Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dənizdən çuval-çuval Qurani-Kərim çıxdı – FOTO

Türkiyədə, Çorlunun Yenice sahilindən Qurani-Kərim ilə yanaşı çoxlu sayda dini məzmunlu kitablar tapılıb. “Din.az”ın “a24.az”a istinadən verdiyi məlumata görə, Mərmərə dənizi sahilində yürüş edən sakinlər torbaların içində dənizə atılmış çoxlu sayda dini məzmunlu kitablar və Qurani-Kərim aşkarlayıblar. Dərhal əlaqədar qurumlara məlumat verilib. Müftilikdən gələn əməkdaşlar sahilə gedərək kitabları sudan çıxarıblar. Hadisə yerinə gələn Çorlu Müftisi […]

Türkiyədə, Çorlunun Yenice sahilindən Qurani-Kərim ilə yanaşı çoxlu sayda dini məzmunlu kitablar tapılıb.

“Din.az”ın “a24.az”a istinadən verdiyi məlumata görə, Mərmərə dənizi sahilində yürüş edən sakinlər torbaların içində dənizə atılmış çoxlu sayda dini məzmunlu kitablar və Qurani-Kərim aşkarlayıblar.

Dərhal əlaqədar qurumlara məlumat verilib. Müftilikdən gələn əməkdaşlar sahilə gedərək kitabları sudan çıxarıblar.

Hadisə yerinə gələn Çorlu Müftisi Adem Gülmek, “müftiliyimizə vətəndaşlarımız tərəfindən telefonla xəbər verildi və biz dərhal gəldik. Burada bir qisim dini kitabların dənizə atıldığını gördük. Bunların içərisində Hz.Peyğəmbərin həyatından bəhs edən kitablar və müxtəlif dini məzmunlu mətbu məcmualar mövcuddur. Kitabları atıldıqları yerlərdən aldıq. Onların bir qismi islanıb, bir qismini isə çıxardaraq kitabxanamızda oxucularımız üçün yerləşdirəcəyik” deyə bildirib.

1_5421

2_4243

3_5201

4_7967

5_7550

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...