Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Deputat Musa Quliyev: “İslam evtanaziyaya icazə vermir”

“Azərbaycan qanunvericiliyinə görə evtanaziya qadağandır.”

“Dünyanın əksər ölkələrində qanunvericilik səviyyəsində evtanaziyaya icazə verilmir. Evtanaziyaya icazə verilməməsi həm dini amillə bağlıdır, həm də mənəvi hüquqi aspektdən doğru deyil. Çünki bu bir növ insanların həyatına qəsd etməsidir”.

Din.az bildirir ki, bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

O bildirib ki, İslam dini evtanaziyaya icazə vermir.

“Quranda deyilir ki, Allah verən canı Allah almalıdır. Eyni zamanda hüquq və qanunvericiliyimiz də evtanaziyanı qadağan edir. Azərbaycan qanunvericiliyinə görə evtanaziya qadağandır. Əgər biz bu gün ölüm hökmünü ləğv etmişiksə evtanaziyanın həyata keçirilməsi doğru olmaz”.

Deputat qeyd edib ki, şiddətli ağrılardan əziyyət çəkən insanların ağrılarını yüngülləşdirən vasitələrdən istifadə etməsi daha məqsədəuğundur.

“Yaxşı olar ki, insanların ağrılarını yüngülləşdirmək üçün, həyatının son vaxtlarında rahatlığını təmin etmək üçün daha geniş tədbirlər görülsün. Məsələn, onkoloji xəstələrin son anlarında xüsusi xospis deyilən yerlər var, orada xəstələrə qulluq edilir, ağrılarını azaldan iynələr vurulur, əzabları azalır.

Lakin belə yerlər varkən insanlar ağrıdan qurtulmaq üçün evtanaziyaya üz tuturlar. Mən bunu heç də düzgün variant hesab etmirəm. Çünki gənc insan olar ki, çarəsiz bildiyi xəstəliyinə çarə tapılar və o, sağala bilər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...