Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Deputat müsəlman qadınlarla görüşdü – Foto

“Müsəlman ölkələrinin fəal qadınlarının Azərbaycanla əməkdaşlığı getdikcə inkişaf edəcək”.

Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadını Şri-Lankanın paytaxtı Kolombo şəhərində “Qadınların gələcəyi 2019” adlı II beynəlxalq konfransda təmsil olunan müsəlman ölkələrinin fəal qadınları ilə görüşüb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, görüşdə ölkələr arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğu vurğulanıb.

Müsəlman ölkələrinin fəal qadınları təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığın getdikcə daha sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Q.Paşayeva və nümayəndə heyətinin üzvləri onlara birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə də danışıblar.

Müzakirələdə deputat Qarabağ həqiqətləri ilə bağlı da geniş məlumat verilib.

Q.Paşayeva 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etdiyini bildirib.

Görüşdə Azərbaycanın iqtisadi, turizm potensialı, tarixi və mədəniyyəti ilə bağlı məlumatlar verilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...