Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Deputat: Qadağan olunmasına baxmarayaq, qapalı yerlərdə siqaret çəkməyə davam edirlər

M.Quliyev: “Televiziyalarda energetik içkilərin reklamı qadağan edilməlidir”.

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında deputat Musa Quliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərinə əməl edilməməsi məsələsini qaldırıb.

Din.az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, M.Quliyev bildirib ki, qanun qapalı yerlərdə siqaret çəkməyi qadağan etsə də, bu gün hələ də belə məkanlarda siqaret çəkənlər var.

Deputat qeyd edib ki, parlamentin bu məsələyə müdaxilə etməyə səlahiyyəti yoxdur: “Ancaq biz müvafiq qurumların diqqətinə çatdırmalıyıq ki, bu məsələ nəzarətə götürülsün”.

M.Quliyev əlavə edib ki, televiziyalarda energetik içkilərin reklamı qadağan edilməlidir:

“Energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir. Bütün dünya bununla bağlı həyacan təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir. Bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...