Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Deputatlardan mühüm fikir: Məktəblərdə nələr dəyişməlidir?

“Məktəb-valideyn əlaqələrinin yenidən gündəmə gətirilməsinə ehtiyac var”.

Bu, kifayət qədər ciddi bir problemdir və onun həlli istiqamətində cəmiyyətin bütün üzvləri əlindən gələni etməlidir.

Din.az bildirir ki, bu sözləri Axar.az-a 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar hadisəsi ilə bağlı danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyib.

“Bu, zəncirvari yayılacaq bir psixoloji durumdur. Buna görə də məktəb-valideyn əlaqələrinin yenidən gündəmə gətirilməsinə ehtiyac var. Həlqələr əsasən bu nöqtədə zəifləyib, nə məktəbin evdən, nə də evin məktəbdən xəbəri var. Məktəb-valideyn əlaqələri bərpa olunsa, bu kimi mənfi tendensiyaların da qarşısı alınar”, – deputat bildirib.

Millət vəkili bu kimi məsələlərə hər zaman müdaxilə etdiyini deyib:

“Baş vermiş son olayı diqqətdə saxlayırıq və məsələ ciddi nəzarətimizdədir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin üzvü Dilarə Cəbrayılova da qeyd edib ki, bu cür halların baş verməsində məktəb rəhbərliyi də məsuliyyət daşıyır:

“Yaxşı müəllim şagirdinin halını hər zaman başa düşməlidir. Məktəblərdə savadlı psixoloqlara ehtiyac var. Elə psixoloqlar var ki, ümumiyyətlə, uşaqla danışmaq qabiliyyəti belə yoxdur. Ona görə də hesab edirəm ki, psixoloqlar da müəllimlər kimi imtahanla məktəblərdə işə götürülməlidir”.

Deputat üzvü olduğu komitənin baş vermiş hadisəni ciddi şəkildə diqqətdə saxladığını deyib:

“Hazırda istintaq gedir, araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən çox şey asılı olacaq. Təfərrüat tam aydınlaşandan sonra qəti mövqeyimizi bildirəcəyik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...