Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dərbənddə “Dərbənd Avropa İslamının beşiyidir” adlı beynəlxalq tədbir keçiriləcək

Dağıstan Respublikası Müftiliyinin dəstəyi ilə mühüm tədbir keçiriləcək.

Sentyabrın 25-26-da Dərbənd şəhərində “Dərbənd Avropa İslamının beşiyidir” adlı beynəlxalq tədbir keçiriləcək.

Din.az bildirir ki, dəyirmi masa Avropa Müsəlman Forumunun təşəbbüsü, Dərbənd İslam Universiteti və “Bab əl-Əbvab” təşkilatının iştirakı, habelə Dağıstan Respublikası Müftiliyinin və Dərbənd Administrasiyasının dəstəyi ilə baş tutacaq.

Tədbirdə dünyanın bir çox ölkələrindən olan İslam alimləri, millət vəkilləri, universitet rektorları iştirak edəcəklər.

Azərbaycanı dəyirmi masada Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa təmsil edəcək. O, tədbirdə məruzə ilə çıxış edəcək. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...