Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Dərin dindarlığı ilə bərabər hər yerdə özünəməxsusluğu olan heyrətamiz insan …

Məşhur soydaşımız haqda yeni kitab nəşr edildi.

“O, ermənilər və azərbaycanlılar, yəhudilər və antisemitlərlə eyni vaxtda danışa bilirdi – hamı onunla ortaq bir dil tapırdı…”

Rusiyanın “Eksmo” nəşriyyatı Şuşadan olan mərhum soydaşımız Heydər Camal haqda “A-dan Я-ya qədər” adlı yeni kitab nəşr edib.

Din.az Moderator.az-a istinadən bildirir ki, Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Camal ailəsinin dostu Maksim Şevçenko məlumat verib.

“Bu kitab ilin ən böyük və ən vacib intellektual hadisəsidir” -deyə M.Şevçenko yazıb.

Xəbərdə daha sonra deyilir:

“Dövrümüzün görkəmli filosofu və mütəfəkkiri Heydər Camalın əsərləri yalnız müsəlman dairələrində böyük maraq doğurmur…

Siyasətçi və hüquqşünas Mark Feyginin xatirələrinə görə, Camal “dərin dindarlığı ilə bərabər hər yerdə özünəməxsus olan heyrətamiz bənzərsiz bir insan idi: o, hər kəslə ortaq bir dil tapırdı…”

“Camal ermənilər və azərbaycanlılar, yəhudilər və antisemitlərlə eyni vaxtda danışa bilirdi – hamı onunla ortaq bir dil tapırdı”-deyir M.Feygin.

O, təəssüflə əlavə edir: “Camalın çatışmazlığı ölümündən üç il sonra da hiss olunmaqda davam edir…”

Məlumatda qeyd edilir ki, məşhur soydaşımız haqda yeni kitab dekabrın 5-dən 9-dək Moskvada Varvarkadakı “Qostiniy ryadda” keçirilən kitab sərgisində təqdim edilir.

Xatırladaq ki, Heydər Camal 5 dekabr 2016-cı ildə Alma-Atada vəfat edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...