Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dəvələrinə plastik əməliyyat etdirənlərə cəza – SƏUDİYYƏDƏ

Səudiyyə Ərəbistanın bir neçə əyalətinin onlarla sakini rəsmi surətdə cərimələniblər.

Səudiyyə Ərəbistanın bəzi sakinləri cərimə edilib.

Din.az xəbər verir ki, Səudiyyə Ərəbistanın bir neçə əyalətinin onlarla sakini rəsmi surətdə cərimələniblər.

Buna səbəb isə, onların heyvanlarla, məxsusən də, dəvələrlə vəhşicəsinə rəftar etməsi olub. Məlum olub ki, həmin şəxslər dəvə müsabiqələrindən öncə öz heyvanlarının üzlərinə botoks vurublar. Onlar bu yolla dəvələrini daha gözəl etməyə çalışıblar.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında dəvələr arasındakı gözəllik yarışı olduqca məşhurdur.

Həmin yarışların qalibinə isə böyük məbləğdə pul hədiyyə edilir. Elə bu səbəbdən də, bəzi heyvan sahibləri bu yollara əl atırlar. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...