Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Devid Kamerondan Ramazan Bayramı mesajı

“Ramazan bayramını qeyd edən İngiltərədəki və dünyadakı müsəlmanlara ən xoş arzularımı diləyirəm”

İngiltərənin baş naziri Devid Kameron, Ramazan bayramı münasibəti ilə yayımladığı mesajda bayramı qeyd edən İngiltərədəki və dünyadakı müsəlmanlara ən xoş diləklərini arzulayaraq bunları bildirib.

İngilis dəyərlərini göstərir…

“Bayram münasibəti ilə insanların elədiklərinə baxıram, kimsəsizlərə kömək edirlər, uşaq xəstəxanalarına hədiyyələr göndərirlər, insanları bir araya gətirən küçə yığıncaqları təşkil edirlər. Bütün bunlar birlik, tolerantlıq və özündən əvvəl başqalarını düşünmək kimi ingilis dəyərlərini ortaya qoyur”.

Bu dəyərlərə hər zamankından daha çox ehtiyac olduğunu və çətin anlardan keçildiyini vurğulayan Kameron bunları qeyd edib:

Qorxunc hücumlar gördük…

“Sadəcə ötən ay İstanbulda hava limanına, Orlandoda bir gecə klubuna, Dəkkədə bir kafeyə və Bağdadda həyata keçirilən hücumları gördük. Bu nifrəti öz ölkəmizdə də yaxından seyr etdik. Ölkəmizdə dözümsüzlük və hücumların qurbanı olan çoxlu sayda insan var. Bu insanlardan biri də həyatını itirən millət vəkili Jo Cox oldu. Bu bayramda ailələr, qonşular, dostlar və iş yoldaşları bir araya gələrkən, Britaniyanı dünyanın ən uğurlu, çox inanclı ölkəsi edən dəyərləri yenidən vurğulamaq istəyirəm”.

Trafalqar Meydanında Bayram…

Bu arada, paytaxt Londonda bu il seçilən müsəlman mer Sadiq Xan Ramazan Bayramı münasibəti ilə həftə sonu Trafalqar Meydanında bayram qeyd edəcək.

Xan,verdiyi açıqlamada Londondakı və dünyadakı müsəlmanların ramazan bayramını təbrik edərək “Londonun meri olaraq ilk Ramazanımı geridə qoydum. Ramazan ayı Londondakı bütün insanları bir araya gətirmək üçün fürsət idi. Ötən ay keçirilən Avropa Birliyi referendumunun nəticələri millət vəkillərimizə yönələn nifrət və İstanbuldakı qorxunc hücumu nəzərə alsaq, londonlu olaraq bir araya gəlməyimiz hər zamankından daha da vacibdir” deyib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...