Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Devid Kemeron sünnət oluna bilər – ŞOK TƏKLİF

Dünya şöhrətli siyasətçi hərəmxanaya malik olacaq…

Britaniyanın keçmiş hökumət başçısı Şərq ölkəsində ona təklif olunan vəzifəni qəbul edərsə, sultan titulu alıb hərəmxana sahibi də olacaq.

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron Qazaxıstana astronomik maaşlı işə dəvət edilib. O, Qazaxıstan Müsəlman Birliyi və İnsan Haqları üzrə Mərkəzi Asiya komitəsi prezidentinin müşaviri vəzifəsini tuta bilər. Həmin postda çalışacağı halda keçmiş hökumət başçısı  ayda 3 mln. funt sterlinq (3,9 mln dollar) və  bu minvalla  ildə 36 mln. funt sterlinq (47 mln. dollar) məvacib alacaq.
93700

“Din.az” bildirir ki, “moderator.az” bu barədə “Moskovski komsomolets” nəşrinə istinadla xəbər verir. Nəşrin yazdığına görə, bu informasiyanı Qazaxıstanın adı çəkilən qurumunun mətbuat xidmətindən veriblər. Araşdırmamızdan bəlli oldu ki, Qazaxıstanın, eləcə də Yaxın Şərqin aparıcı nəşrləri də həmin xəbərə yer ayırıblar.

Dəvəti qəbul edəcəyi halda dünya şöhrətli siyasətçiyə sultan titulu veriləcək. O, gözəl qızlardan ibarət hərəmxanaya malik olacaq, ictimai nəqliyyatdan pulsuz istifadə edəcək. Amma Britaniyanın sabiq baş nazirinin qarşısında iki əsas şərt qoyulub: qazax dilinə yiyələnmək və ən əsası, müsəlmanlığı qəbul edib sünnət olunmaq.

Xatırladaq ki, bu  Britaniyanın digər keçmiş baş naziri Toni Bleer də bir müddət yüksək maaşla Qazaxıstan prezidentinin müşaviri vəzifəsində çalışıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...