Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Din adamı dövlət işlərində olmamalıdır”

“Din adamları dövlət vəzifələrində olmamalıdır”.

İranın inqilab nəzəriyyəçisi Ayətullah Mutahharinin oğlu, İran parlamentinin sədr müavini Əli Mutahhari atasının, din adamlarının dövlət vəzifələri tutmalarının doğru olmadığını vurğuladığını bildirib.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əli Mutahhari, Ayətullah Musəvi Ərdəbilinin vəfatının qırxıncı günü mərasimindəki çıxışla diqqətləri cəlb edib.

parlamento-iran-new

Əli Mutahhari Tehranda çıxışı zamanı deyib: “Ayətullah Mutahhari din adamlarının dövlət vəzifələri tutmalarının doğru olmadığını vurğulayıb. O hər zaman din adamlarının islahatlar aparmalarını, öz işləriylə məşğul olmalarını və dövlət vəzifəsini qəbul etməmələrini bildirib”.

Ayətullah Mutahharinin ilahiyyat fakültəsindəki müəllimin marksizm dərsi keçməsi, digər müəllimlərin isə onunla müzakirələr aparmaq kimi müxtəlif fikirlərə açıq olmağın zəruri olduğu tövsiyəsini xatırladan Əli Mutahhari, atasının doğru yolda olan din adamı olduğunu qeyd edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...