Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Din adamı özünə təyyarə aldı – “BUNU MƏNƏ İSA MƏSİH ALIB” – VİDEO

“Din adamı”-ndan sərsəm fikirlər…

“Təyyarəyə minmək, şeytanla dolu borunun içinə girməkdir” deyən din adamı özünə təyyarə alıb.

Din.az “A24.az”-a istinadən xəbər verir ki, vaiz Kenneth Copeland təqibçilərinin yığdığı pullarla aldığı şəxsi təyyarəsini video ilə təqdim edib. Dualarla təqdim etdiyi video bir anda ABŞ-da gündəm olub.

Kenneth Copeland Ministries (KCM) adlı özəl kilsənin dini rəhbəri olan vaiz Kenneth Copeland bir neçə il bundan əvvəl sərnişin təyyarəsinə minməyi bu cür dəyərləndirmişdi: “Başdan ayağa şeytanla dolu borunun içinə girmək kimidir”.

Təyyarəni belə dəyərləndirən din adamı 3,7 milyon dollarlıq 14 nəfərlik “Gulfstream” V tip özəl təyyarəsi üçün “Bunu mənə İsa Məsih aldı” şərhini verərək video paylaşıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...