Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Din düşməni olan türkün qalmaqallı təklifi

Məktəblərdə din dərsi verməsinə qarşıdır…

Türkiyənin düşməni olan və təklifləri ilə davamlı olaraq gündəmə gələn Yaşıllar Partiyasının keçmiş sədri Cem Özdemir Diyanətlə əlaqəli təşkilatların Almaniyadakı məktəblərdə din dərsi verməsinə qarşı olduğunu açıqlayıb.

“Din.az” xəbər verir ki, daha əvvəl Almaniyanın “erməni soyqırımı” qərarını parlamentə daşıyan və həyata keçməsində təsiri olan, hər səfərində Türkiyəyə qarşı düşmən mövqeli açıqlamalar edən Alman Yaşıllar Partiyasının keçmiş sədri Cem Özdemir “Deutschlandfunk” radiosuna verdiyi müsahibədə, alman məktəblərindəki din dərsləri ilə Diyanət İşləri Türk İslam Birliyi və buna bənzər rəsmi dövlət qurumlarının xidmət göstərilməməsini istəyib.

Qalmaqallı həqiqətlər…

Özdemir, DİTİB-in siyasi bir təşkilat olduğunu və birbaşa Ankaradan əmr aldığını söyləyib. Alman millət vəkili diyanətin ölkə xaricindəki fəaliyyət zəncirinin ilk halqasının Prezident Ərdoğan olduğunu da bildirib.

Yenə Ərdoğan əleyhinə çıxışlar…

Özdemir daha sonra bunları deyib: “Bunun kimi təşkilatlara dövlət razılığı ilə dəyər verilir, dini camaat olduqları rəsmi qəbul edilir və məktəblərimizdə İslam dinindən dərs vermələri təmin edilsə, dürüst olub Ərdoğanın məktəblərimizə də girdiyini boynumuza almağımız lazımdır”.

“Türkiyənin Avropa Birliyinə üzvlüyü təxirə salınsın…”

Yaşıllar Partiyasının keçmiş sədri Özdemir Türkiyə ilə Avropa Birliyi arasındakı tam üzvlük müzakirələrinə son verilməyib danışıqların təxirə salınmasının tərəfindən olduğunu qeyd edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...