Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Din İşləri naziri müsəlmanları cümə namazlarını məscidlərdə deyil, evlərdə qılmağa çağırıb

Şri-Lankada cümə namazı vaxtı məscidlərin mühafizəsinə minlərlə hərbçi cəlb edilib.

Şri-Lankada məscid və dini məbədlərin mühafizəsinə təxminən 10 minə yaxın hərbçi cəlb olunub.

Din.az bildirir ki, hökumət yeni terror aktlarından ehtiyatlanır.

Bu ərəfədə Şri-Lankanın İslam dini ilə bağlı işlər naziri Əbdül Halim Məhəmməd Haşim adada yaşayan müsəlmanları qanlı terror aktlarından sonra katolik icması ilə həmrəylik əlaməti olaraq cümə namazlarını məscidlərdə deyil, evlərdə qılmağa çağırıb.Kardinal Malkolm Rancit isə öz növbəsində keşişlərə sabitlik bərpa olunana qədər dini ayinləri keçirməməyi tövsiyə edib.

Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri-Lankada silsilə partlayışlar törədilib. Kolombo, Neqombo və Battikaloa şəhərlərində yerləşən katolik kilsələrdə və otellərdə ümumilikdə 8 partlayış baş verib. Dəqiqləşdirilmiş məlumata görə, terror aktları nəticəsində 250-dən çox insan həlak olub. Bundan əvvəl terror qurbanlarının sayının 359 nəfər olduğu bildirilirdi.

Partlayışlarla əlaqə şübhəsi ilə saxlanılanların sayı 100 nəfəri ötüb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...