Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Din partiyanı dəstəkləməlidir”

“Dini qruplar Çin mədəniyyəti tələblərinə cavab verməli, hakimiyyəti və mövcud siyasi sistemi dəstəkləməlidir”.

Çin sayıqlığı qorumalı, “xoşagəlməz xarici elementlərin” ölkəyə dini təşkilatlar xəttilə yol tapmalarına, ekstremistlərə ölkədə öz ideologiyalarını yaymasına imkan verməməlidir, Çin Xalq Respublikasının sədri Xi Jinping bəyan edib.

Çin Xalq Respublikasının sədri Xi Jinping qənaətincə, Çin Kommunsit partiyasının dinə yanaşmasını təbliğ etmək üçün internetdən istifadə edilməlidir, Xinhua dövlət xəbər agentliyi bildirib.

Din.az bbc-yə istinadən xəbər verir ki, Xi Jinping Pekində din məsələlərinə həsr olunmuş iki günlük milli konfransda çıxış edərkən bunları deyib.

Ölkənin hakim Kommunist Partiyası din azadlığını dəstəklədiyini bildirsə də, ölkədə yalnız rəsmi sürətdə icazə verilmiş dini təşkilatlar fəaliyyət göstərir və onların fəaliyyəti sərt nəzarət altındadır.

Çin sədri Xi Jinping bəyan edib ki, ölkədə fəaliyyət göstərən dini qruplar Çin mədəniyyəti tələblərinə cavab verməli, hakimiyyəti və mövcud siyasi sistemi dəstəkləməlidir.

Çin rəsmiləri ölkənin şimal-qərbində, Sinzyan Uyğur muxtar bölgəsində, onların qənaətincə, islamçılarım artan təsirindən narahatdır.

Həmin bölgədə son illər ərzində müsəlman uyğur icması ilə çoxluq təşkil edən çinlilər arasında baş vermiş toqquşmalar nəticəsində yüzlərlə insan öldürülüb.

Rəsmilər bu bölgədə dini fəaliyyət üzərində nəzarəti gücləndirərək, dini mərasimlərin keçirilməsini, çadraya bürünməyi və saqqal saxlamağı qadağan edib.

Çində milyonlarla buddist, xristian və müsəlman var.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...