Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

DİN: Qarət olunduğunu iddia edən gözdən əlil sələmçidir

Evdən oğrunun şəxsiyyət vəsiqələri və digər sənədlər aşkarlanıb.

Daxili İşlər Nazirliyi gözdən əlil Elçin Abbasovun evinin qarət edilməsinə münasibət bildirib.

Din.az bildirir ki, DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edib ki, Elçin Abbasovun evində oğurluq törədilməsi ilə etdiyi müraciətə polis əməkdaşları tərəfindən laqeyd yanaşılması və araşdırma aparmalarında maraqlı olmaması barədə səsləndirdiyi iddialar əsassızdır:

“Sonuncu müraciətlə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerinə çıxıb, deyilən ünvana yollanıb və hadisə yerinə baxış keçirib.

Evə baxış zaman kirayə qaldığı mənzildən E.Abbasovun oğurluğun törədilməsində şübhələndiyi bir neçə şəxsin şəxsiyyət vəsiqələri və digər sənədlər aşkarlanıb.

Araşdırma zamanı Elçin Abbasovun sələmçiliklə məşğul olduğu məlum olub. Həmin sənədlər də pul verdiyi adamlara məxsus olduğu müəyyənləşdirilib. E.Abbasov izahatında da etiraf edib ki, sələmçiliklə məşğuldur. Hazırda məsələ barədə araşdırma aparılır”.

Orxan Mansurzadə həmçinin qeyd edib ki, Elçin Abbasov tez-tez qarət olunması barədə şikayət edir:

“Son iki-üç il ərzində Nərimanov rayonu ərazisində kirayə qaldığı yaşayış yerini bir neçə dəfə dəyişib. Hər dəfə oğurluq və digər hüquq pozuntuları ilə bağlı nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edib. Sonuncu dəfə 2018-ci fevral ayında “102” Zəng Mərkəzinə müraciətində evindən mobil telefonun oğurlanması barədə məlumat verib. Amma polis tərəfindən aparılan araşdırma onun bu iddiası digər iddiaları kimi öz təsdiqini tapmayıb”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...