Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Din tarixində Məhəmməd peyğəmbərin “qadın sünnəti” haqqında dedikləri

Qadın sünnətinin insan orqanizminə zərəri və fəsadları barədə…

Şimali Qafqazın müfitisi İsmail Berdiyev avqustun 17-də “interfax.ru”ya açıqlamasında dünyadakı qadınların sünnət olunmasının “zəruriliyi”ni dilə gətirib.

“Din.az” xəbər verir ki, “Gununsesi.info”nun məlumatına görə, İ.Berdiyev bunun İslam dininə aidiyyatı olmadğını bildirsə də, ancaq dünyada seksuallığın azalması məqsədi ilə belə bir qaydanın tətbiq edilməsinin zəruriliyini dilə gətirib.mf700

O, deyib ki, hazırda Dağıstanın Çumadinsk, Botlixsk, Çuntinsk, Bejtinsk rayonlarında 3-12 yaş arasındakı  qız uşaqları sünnət edilir. Qadınların sünnətinə Azərbaycanda da təsadüf edilməsi haqqında fikirlər səslənir. Ancaq bunun geniş deyil, çox məhdud şəkildə həyata keçirildiyi bildirilir. Azərbaycanda qız uşaqlarının sünnətinə əsasən Balakən, Zaqatala, Qax, Quba və Qusar rayonlarında rast gəlindiyi deyilir.

Ümumiyyətlə, hazırda dünyanın 30-dan artıq  ölkəsində il ərzində 3 milyona yaxın qadın sünnət edilir. Qadın sünnətinin ən çox yayıldığı region Afrika və Cənub-Şərqi Asiyadır. Somalidəki qızların 98%-nin sünnət edildiyi bildirilir. Təkcə Somali yox, Efiopiya, Fil Dişi Sahili, Seneqal, Keniya, Benin və Qana kimi müsəlmanların üstünlkü təşkil etdiyi Afrika ölkələrində qadınlar sünnət edilir. Həmçinin, xristianların üstünlük təşkil etdiyi Nigeriya, Tanzaniya və Nigerdə də qadınlar sünnət edilir. Buna görə də belə hesab olunur ki, Afrika ölkələrində qadınların sünnəti dinlə yox, daha çox yerli adət-ənənə ilə bağlıdır.

Bu adət Yaxın Şərq ökələrində, xüsusən də İraq, Suriya, Səudiyyə Ərəbistanı, İndoneziya və Türkiyədə də var.

Başqa  qrup tarixçilər isə hesab edir ki, qadınların sünnət olunması adəti 2 min 500 il əvvəl Misirdə başlayıb və sonradan Afrikanın digər bölgələrinə yayılıb.  Qadın sünnəti əsasən 4-12 yaş arası və tam, ya qismən olmaqla müxtəlif formalarda edilir. Burada digər məqsədin guya fahişəliyin qarşısının alınması olduğu deyilsə də, statistik məlumatlar göstərir ki, bu sünnətin həyata keçirildiyi ölkələrdə fahilşəlik heç də digərlərindən az deyil.

Qadın sünnəti – cinsi zövq orqanı olan klitorun kəsilməsidir ki, məqsəd qadınların cinsi yaxınlıqan həzz almasına imkan verməməkdir. Yəni, qadın cinsi münasibətə zövq almaq üçün yox, yalnız nəsil artırmaq üçün girsin deyə, bu addım atılır. Tarixçi və ilahiyyatçı alim Təbərinin qeydlərinə görə, qadın sünnətinin tarixi Həzrəti İbrahimin vaxtına gedib çıxır. Belə ki, rəvayətə görə, qadınların sünnət edilməsi adəti onun dövründə başlayıb və ilk sünnət olunmuş qadın da onun həyat yoldaşı Həcər olub. İslam dinində qadın sünnətinin olub-olmaması ilə bağlı fikirlər ziddiyyətlidir. Bəziləri bunun dində olduğunu desə də, araşdırmalar göstərir ki, heç bir dində qadın sünnəti ilə bağlı birmənalı tələb yoxdur.

88386Dinşünas alim Elşad Miri isə açıqlamasında bildirib ki, qadınların sünnət olunması haqda İslamda konkret heç nə yoxdur: “Sadəcə, din tarixində Məhəmməd peyğəmbərin bu haqda dediyi bir-iki söz qalıb. Qadın sünnəti adətən Afrika və Ərəbistandakı bədəvi ərəblərin yaşadığı yerlərdə baş tutub. Buna da səbəb kimi qadınlarda ehtirası azaldıb fahişəliyin qarşısını almaq olub”. Elşad Miri onu da əlavə edib ki, indiki dövrdə qadınların sünnət olunması hallarına rast gəlməyib: “Bu haqda danışmaq absurddur”.

Qadın sünnətinin insan orqanizminə zərəri və fəsadları barədə məlumat verən ginekoloq Ellada Sarıyeva “gununsesi.info”ya açıqlamsnda  bildirib ki, sünnət qadının cinsi fəaliyyətini yalnız korlayır, birdəfəlik dayandırmır: “Bunun məqsədi cinsi funksiyanı tormozlamaqdır. Əslində klitorun kəsilməsi qadının cinsi fəaliyyətinə ciddi təsir etmir, sadəcə, fiziki zədə qalır və cinsi münasibətə qismən istəksizlik yaranır. Qadının cinsi fəaliyyətini yalnız yumurtalığı kəsməklə tam dayandırmaq olar”.

Ginekoloq hesab edir ki, sünnət qadının həyatı üçün təhlükə törədir: “Belə ki, sünnət prosesi yüzlərlə qadının həyatını itirməsi ilə nəticələnə bilir. Çünki qadın cinsiyyət orqanında həmin hissə qan damarları ilə zəngindir və onlara nəzarət etmək çətindir”.

Ginekoloq deyir ki, sünnət qadının psixologiyasına da ciddi təsir edir. Belə ki, sünnət olunmuş qadında ətrafdakılara qarşı qorxu hissi yaranır və asanlıqla tabe olur.

images-cms-image-000007996“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bununla bağlı yalnız bir dəfə quruma şikayət daxil olub: “Bir neçə il bundan qabaq Zaqatala zonasında sünnətlə bağlı hansısa faktların olduğunu dedilər, amma aşkarlanmadı. İstənilən halda bu hal qadına qarşı zorakılıqdır. Təkcə fiziki yox, eyni zamanda, psixoloji zərbədir”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...