"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Din və Demokratiya Mərkəzi yeni layihəyə başlayıb

Share Button

Layihə Azərbaycan cəmiyyətinin müxtəlif inanclı dini kəsimini, fərqli dini konfessiyaların təmsilçilərini hədəfdə tutur

Din və Demokratiya Mərkəzi ictimai birliyi yeni layihənin icrasına başlayıb.

“Din.az” xəbər verir ki, bu barədə Din və Demokratiya Mərkəzinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. “Tolerant Azərbaycan dindarlığı dinlərarası dialoq və multikulturalizm müstəvisində: səyyar maarifçilik tədbirləri” adlanan 4 aylıq layihə çərçivəsində həyata keçiriləcək tədbirlər Bakı, Balakən, Zaqatala, Qax və Şəkidə müxtəlif dini konfessiyalarla tolerantlıq dəyərlərinə dair müxtəlif mövzularda qarşılıqlı müzakirələrin aparılması, həm Azərbaycanda, həm də xaricdə Azərbaycan multikulturalizmi və tolerant Azərbaycan dindarlığına dair ictimai rəyin formalaşdırılmasına xidmət edəcək. Layihənin rəhbəri Vasif Sadıqlı bildirib ki, Azərbaycan tarixən tolerant və multikultural bir ölkə kimi həmişə fərqlənib: “Ölkədə fəaliyyət göstərən müxtəlif dini qurumlar, konfessiyalar, məzhəb və sektalar multikultural durumun iştirakçlıları olaraq Azərbaycanın dünyaya tolerant ölkə kimi təqdim edilməsinə də töhfə verir. Amma bəzi qüvvələr ölkədə dini fundametalizm yaymaqla bu mühiti zədələmək istəyirlər. Nəzərə almaq lazımdır ki, multikultural mühitin qorunması həm də ölkəmizin təhülkəsizlik məsələləri kontekstində böyük əhəmiyyət daşıyır”.
Layihə ilkin olaraq Azərbaycan cəmiyyətinin müxtəlif inanclı dini kəsimini, fərqli dini konfessiyaların təmsilçilərini hədəfdə tutur.

Layihənin birinci mərhələsində Bakıda müsəlman, pravoslav, katolik, bəhai, krişna şüurlu dini icmalar ilə görüşlər keçiriləcək. Daha sonra Balakən, Zaqatala və Qax rayonlarında yerli dini icma nümayəndələri ilə müzakirələr aparılacaq. “Layihənin son ayında Bakıda ilahiyyatçılar, müxtəlif dini konfessiya təmsilçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfrans keçirilicək” deyə Vasif Sadıqlı qeyd edib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir