Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Din xadimi atanın girov götürdüyü azyaşlı qızı xilas etdi – İbrətamiz…

Din xadimi ekstremal vəziyyətdə yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirdi.

O, Daxili İşlər Nazirliyinin rəmzləri olan qol saatına layiq görülüb…

Qaraqanda mərkəzi məscidinin imamı girovun azad edilməsi üçün polislərə kömək göstərdiyinə görə Daxili İşlər Nazirliyinin rəmzləri olan qol saatına layiq görülüb.

Din.az xəbər verir ki, bu barədə Qazaxıstanın “NewTimes.kz” xəbər agentliyi Qaraqanda vilayət Polis Departamentiniin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Xəbərdə deyilir ki, vilayət Polis Departamentində 2019-cu ilin birinci kvartalında əməliyyat və xidmət fəaliyyətinin yekunlarına həsr olunmuş geniş müşavirə keçirilib.

Rəsmi yığıncağın əvvəlində Polis Departamenti rəisi vəzifəsini icra edən polkovnik Yerlan Fayzullin şəhər mərkəzi məscidinin imamı Omirzak Bekkojunu mükafatla təltif edib. O, rəhbərliyin adından girovun xilas edilməsi zamanı yaranmış ekstremal vəziyyətdə yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək polisə kömək göstərdiyi üçün din xadiminə təşəkkür edib.

Belə ki, aprelin 17-də bir ailə münaqişəsindən sonra 34 yaşındakı Qaraqandalı kişi mənzildən qohumlarını qovaraq azyaşlı qızını girov götürüb. Olayın təhlükəsiz sonluqla bitməsi üçün polis şəhərin bütün ekstremal xidmətlərini hazırlıq vəziyyətinə gətirib. Həmçinin, rəhbərlik girovun xilas edilməsindən ötrü planlaşdırılmış əməliyyat həyata keçirib. Məscid imamının da iştirakı ilə keçən uzun danışıqlardan sonra xüsusi təyinatlı qüvvələr cinayətkarı zərərsizləşdirib və girovu xilas edib. Əməliyyat nəticəsində heç kim zərər görməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...