Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Din xadimi texniki peşə məktəbinin tələbələri ilə görüş keçirdi – FOTO

Gənclər arasında ekstremizm və radikalizmin profilaktikası müzakirə edilib.

Bizdə də din xadimlərinin yalnız dəfn və hüzn mərasimlərində təsəvvür edilməsi adəti tərgidilməlidir…

Bu yaxınlarda Rusiyanın Vladikavkaz şəhərinin 5 nömrəli texniki peşə məktəbi tələbələrinin ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları və din xadimləri ilə görüşü keçirilib.

Din.az xəbər verir ki, tədbir gənclər arasında ekstremizm və radikalizmin profilaktikası, yəni qarşısını almaq məqsədi daşıyıb. Şimali Osetiyanın Müfti müavini İbrahim Dzaqurov bu sahədə müsəlmanların regional dini qurumunun fəaliyyəti haqda danışıb. Din xadimi bu antisosial hadisələrin bütün dağıdıcılığını izah etmək üçün müntəzəm olaraq seminarlar, forumlar, dəyirmi masalar keçirildiyini vurğulayıb.
Qonaqlar gənclərin bütün suallarını cavablandırıb. Görüşün sonunda İbrahim Dzaqurov səmərəli ünsiyyəti davam etdirmək üçün tələbələri Vladikavkaz məscidinə ekskursiyaya dəvət edib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...