Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Din xadimləri minlərlə ağac əkdi – FOTO

“Vətənimizin yaşıllaşdırmasına kiçik bir töhfə vermək imkanı yaradan uca Allaha şükür edirik”.

Dağıstanın din xadimləri və bələdiyyə fəalları İsa Peyğəmbər əleyhissəlam adına Ruhani Mərkəzdə “Yaşıl kilometrlər” nəcib hərəkatına qatılıblar.

Din.az Dağıstan mediasına istinadla xəbər verir ki, bu haqda respublika müsəlmanları ruhani idarəsinin(müftilik) mətbuat xidməti məlumat yayıb. Aksiya çərçivəsində mollalar və bələdiyyə fəalları paytaxt Mahaçqala, Kaspiysk şəhəri, həmçinin, Qarabudaqkənd rayonu ərazisində 4 mindən çox fidan əkmək niyyətindədirlər.

Dağıstan Müftiliyinin Cənub ərazisindəki səlahiyyətli nümayəndəsi Əhməd Qərunov bildirib ki, belə tədbirlər müsəlman respublikası üçün çox vacib və əhəmiyyətlidir.

“Biz Vətənimizin yaşıllaşdırmasına kiçik bir töhfə vermək imkanı yaradan uca Allaha şükür edirik”- deyə ruhani vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...