Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Din xadimləri vergidən azad olundu

Dövlət və din arasında daha möhkəm körpü yaradılır.

“Sentyabrın 1-dən din xadimlərinə dövlət tərəfindən verilən maddi yardımlara görə sosial və vergi tutmalarının tətbiqi dayandırılıb”.

Din.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəm ayının başlaması münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda Prezidentin Ehtiyat Fondu hesabına 1060-dan çox din xadimi müxtəlif formada maddi yardımlar alır:

“Bu yardımlara müəyyən sosial və vergi tutmaları tətbiq edilir. Ölkə başçısı bunu bildikdə onların dayandırılması haqqında tapşırıq verdi. Sentyabrın 1-dən din xadimlərimiz maddi yardımı vergisiz, yəni yazıldığı qədər alacaqlar”.

M.Qurbanlı qeyd edib ki, dövlət məscidlərdə işləyən imam və qazilərin həyat şəraitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər keçirməyi də nəzərdə tutur:

“Yəqin ki, yaxın aylarda bunu görəcəyik. Bütün bunlar ona görə edilir ki, dövlət və din arasında daha möhkəm körpü olsun”.

M.Qurbanlı onu da əlavə edib ki, ən mühüm vəzifə milli mənəvi dəyərlərimizi hifz etmək, onları yad təsirlərdən qorumaqdır: “Məscidlər dövlətimizin dayağıdır və insanlara daha yüksək vətənpərvərlik ruhunun qaldırılmasına çalışmalıdır”. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...