Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Din xadimlərinin alacağı MƏVACİB açıqlandı

“Mart ayından başlayaraq din xadimlərinə məvacibin verilməsi planlaşdırılır”.

Din xadimlərinə məvacibin verilməsi planlaşdırılır.

Din.az A24.az-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov din xadimlərinə məvacib verilməsi haqqında Azvision-a məlumat verib. Onun sözlərinə görə, mart ayından başlayaraq din xadimlərinə məvacibin verilməsi planlaşdırılır.
Komitə rəsmisi bildirib ki, din xadimlərinə 400-450 manat civarında əmək haqqı veriləcək.

“Bu, onların tutduğu vəzifədən asılı olacaq. İmamlar, imam müavinləri və dini ayin icraçıları statusuna uyğun əmək haqqı alacaqlar”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...