Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

“Din xadimlərinin xaricdən işlərimizə qarışmaları böyük təhlükədir”

Share Button

Bütün Qafqazın şeyxi Moskvada keçirilən “Din və dünya” beynəlxalq konfransında iştirak edib

“Yaxın Şərqdə baş verən hadisələr, din xadimlərinin xaricdən işlərimizə qarışmaları, gənclərimizin düzgün olmayan yollara dəvət edilməsi bizim üçün qəbuledilməzdir və böyük təhlükədir. Bunun qarşısını birlikdə almalıyıq”.

“Din.az” xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskvada keçirilən “Din və dünya” beynəlxalq konfransı çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib.

Şeyxülislam bildirib ki, bu istiqamətdə həm din xadimləri, həm dövlət, həm də ictimai xadimlər birgə mübarizə aparmalıdır. Gəncləri başa salmalıyıq ki, belə vədlərə inanmasınlar. Bunun üçün gənclər arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Allahşükür Paşazadə qeyd edib ki, din xadimlərinin məqsədi sülhün qorunması olmalıdır. O deyib: “Bu gün dünyada ən böyük təhlükə dinlərin adından istifadə olunması, İslam dinini dünyada gözdən salmaq cəhdləridir. Din adı altında insanlara işgəncələr verilir, onlar qətlə yetirilir, yurd-yuvalarından didərgin salınır. Bu, heç bir dinə uyğun deyil. Ona görə də biz bu gün Moskvada keçirilən “Din və dünya” beynəlxalq konfransına böyük önəm veririk”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir