Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dindar xütbəsində qalmaqal yaratdı: “Qadınlar axmaq olduqları üçün avtomobil sürə bilmir”

Həmin din adamının “xütbə oxuması qadağandır” çağırışı edildi.

Qadınların axmaq olduqları üçün avtomobil sürə bilməyəcəklərini söyləyən Səudiyyə Ərəbistanlı dindar Saad al Hajariyə qarşı sərt reaksiyalar davam etməkdədir.

Din.az bildirir ki, Səudiyyə Ərəbistanında Saad al Hajari adlı dindar verdiyi açıqlama zamanı söylədiyi sözlərdən dolayı ona bundan sonra xütbə söyləmək qadağan olunub.

Qadınlar axmaq olduqları üçün avtomobil sürə bilməyəcəklərini deyən ərəb dindar bununla kifayətlənməyib və üstəlik onların yarım beyinlə doğulduqlarını bildirib.

Cinsi ayrı-seçkilik yaradan danışığı ilə “hətta alış-veriş etməyə başladıqdan sonra qadınların yarımçıq olan beyinləri daha da kiçilir” deyə ərəb dindar sözlərinə əlavə edib.

“BBC Türkcə”də yer alan xəbərə görə, “xütbənin videosu” yazılandan sonra Hajarinin dini rəhbərlik etdiyi bölgənin bələdiyyəsinə həmin din adamının “xütbə oxuması qadağandır” çağırışı edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünyada qadınların sərbəst avtomobil sürə bilmədiyi yeganə ölkədir.

Əgər ölkədə qadınlar avtomobil sürən zaman yaxalanarsa, həbs olunurlar.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...