Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dindar yəhudi və hicablı müsəlmanın bu görüntüləri interneti silkələdi – FOTO

Müasir dünyada dinlərin harmoniya içərisində yaşaya biləcəyinə sübut …

Hadisə Nyu-Yorkda baş verib.
Din.az bildirir ki, Bruklin küçələrinin (Nyu-York, ABŞ) şahidlik etdiyi təsirli səhnə müasir dünyadakı dinlərin harmoniya içərisində bir yerdə yaşamaq imkanının olduğunu xatırladıb.

Hadisə şahidinin sözlərinə görə, Bruklinin iki küçəsinin kəsişməsində Asiya-mənşəli kişi huşunu itirib. Yoldan keçən iki nəfər isə yardım etmək ona yaxınlaşıb: ortodoksal yəhudi-hasid və hicablı müsəlman xanım.

Ənənəvi yəhudi libasındakı və araqçın taxmış kişi və hicablı qadın təcili tibbi yardım gələnədək huşunu itirmiş kişinin başı üstündən ayrılmayıblar. Onlar həmin kişiyə su veriblər, altına pencək səriblər.

Yarım saat sonra təcili tibbi yardım hadisə yerinə gələrək kişini xəstəxanaya aparıb. Tezliklə sosial şəbəkələrdə dinlərarası həmrəylik və qarşılıqlı yardımı əks etdirən həmin kadrlar peyda olub. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...