Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dindarlar “Allahu əkbər” qışqırıb avtobusa od vurdu – VİDEO

Hücum müsəlmanın ölümünə etiraz olaraq təşkil edilib

Fransanın paytaxtı Parisdə daha bir olay yaşanıb. Şəhərin həndəvərindəki Sen-Denidə 12 müsəlman radikal 170 saylı marşrutla hərəkət edən sərnişin avtobusunun qarşısını kəsiblər.

“Din.az”ın məlumatına görə “milli.az” “Le Monde”a istinadən bildirir ki, onlar “Allahu əkbər!” qışqıraraq avtobusa molotov kokteyli olan butulkalar atıblar.

Avtobus alışıb yanıb. 15 sərnişin qaçıb xilas olmağı bacarıblar. Hadisə yerinə yollanmış xüsusi təyinatlı polis 4 nəfəri saxlayıb. Hücumun polis idarəsində 24 yaşlı müsəlman Adam Traorenin vəfatına etiraz aksiyası olduğu vurğulanır.

Adam Traore iyulun 19-da Parisdən 21 km şimaldakı Bomon Sür Uaz şəhərciyindəki polis idarəsində, kamerada keçinib.
Rəsmi məlumata görə, onun ölüm səbəbi asfiksiya (boğulma) olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...