Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dində “Cin çıxartmaq” anlayışı varmı? – Açıqlama

Elşad Miri: “Nə cin insan orqanizminə daxil olur, nə də onu kimsə çıxardır”.

Şabran rayonunda 6 nəfər bir şəxsi döyərək öldürüb. Belə ki, onlar psixoloji problemləri olan 25 yaşlı Murad Soltanovu bədənindən “cin çıxarmaq” üçün çubuqla döyüblər. Onu öldürdükdən sonra elə həmin evin həyətində basdırıblar.

Verilən məlumatda isə “cin çıxaran”ların vahabi təriqətinə mənsub olduğu bildirilir.

Din.az-ın xəbərinə əsasən, məsələ ilə bağlı Bizimyol.info-ya danışan ilahiyyatçı Elşad Miri deyib bildirib ki, dində belə bir anlayış yoxdur və bunu edən şarlatanların insanları aldatmasının nəticəsidir:

“Keçmiş zamanlarda da dini xurafata sürükləyənlər var idi, 21-ci əsrdə də var. Hətta bir əsr öncəyə qayıtsaq klassiklərimizin xurafat, mövhumatla mübarizə apardığının şahidi olarıq. Nəriman Nərimanovun “Pir” hekayəsi öz aktuallığını itiribmi, xeyr. Eləcə də digər klassiklərimizdən sitat gətirə bilərik.

Konkret olaraq din məsələsinə gəlincə isə dində belə bir anlayış yoxdur. Nə peyğəmbərdən əvvəl belə şeylər olmayıb, nə də peyğəmbər belə bir şeylər tövsiyə etməyib. Nə cin insan orqanizminə daxil olur, nə də onu kimsə çıxardır. Bunlar sonradan ortaya çıxmış uydurmalardır. Dinlə, İslamla heç bri əlaqəsi yoxdur. O şarlatanların müxtəlif adlarla insanları aldatmasının nəticəsidir.

Ümumiyyətlə vahabi deyilən bir təriqət yoxdur, özünü sələfi-əhli sünnə adlandrıanlar var. Onlar bədənə cin girməsi, bədəndən cin çıxarılması anlayışının olduğunu iddia edirlər. Onun da Qurandan dualar oxumaq vasitəsilə çıxarıldığını iddia edirlər. Amma bunlar bir uydurmadır, dinlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...