Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

DİNDƏN SOYUMA PROBLEMİMİZ

Share Button

“Gözəl nümunə” olmadıqca istədiyiniz qədər dillə təbliğ etsəniz də bunun heç bir faydası olmacaq.

DOS .DR.SONER DUMAN

Dünən gecə təravih namazını məscidlərin birində qıldım. Böyük məsciddə cəmi üç cərgə insan vardı. Eyni şeyi digər insanlardan da eşidirəm. Başqa məscidlərdə gördüyüm vəziyyət də bundan fərqli deyil. Ramazanın ilk gecələrində mövcud olan izdiham bir neçə gündən sonra yerini getdikcə azalan cərgələrə buraxdı. İndi Ramazanın sonuna doğru, bir də Qədr gecələrində məscidlər insanla dolur. Sonra? Sonra yenə də minbər, mehrab və cərgələr boşalır, hüznlü görünür. Orta yaşlardan yuxarı insanlarımızın yaratdığı bir neçə cərgə ilə qılınan namazlar.

Biz “imsaq vaxtı doğrudur, səhv?”, “qəbir əzabı var, yoxsa yox?”, “namaz qılmayandır, yoxsa qılan?” sualları ilə vaxt itirərkən gənclik əlimizdən çıxır, xəbərimiz də yoxdur!

Bu açıq həqiqət, bu sağalmaz yara “imsaq vaxtı” deyil, hamımıza “xəbərdarlıq vaxtı”nın gəldiyini bildirir…. Bu həqiqət qarşısında bəlkə də qəbir əzabı deyil, lakin “məyusluq əzabı” hiss etməliyik.

Nəsillərimiz nə üçün İslamdan uzaqlaşırlar? Məscid gənclərimizə nə üçün stadion, internet kafelər, yaşıl sahələr və konsert salonları qədər cəlbedici gəlmir? Bir konsert bileti almaq, bir idman yarışına getmək üçün üç saat ayaq üstə qalmağa razı olan gəncimizə, beş dəqiqəlik namaz nə üçün cansıxıcı gəlir?

Biz müxətlif şeirlər oxuyarkən gənclərimiz hələ də oyun və əyləncədən xilas olmursa, deməli, papağımızı qarşımıza qoyub düşünməyin vaxtı çatıb…

Bir qədər əvvəl müəyyən səbəbdən belə bir şey yazmışdım: “Bu gün gənclərimiz “deist” həyat tərzinin məngənəsi altındadır. Çox təəssüf ki, iman, ixlas, gözəl əxlaq kimi dəyərlər qarşılığını almır. Ölkədə ilahiyyat fakültəsi, İslam universiteti, bu qədər məscid olsa da nəticə ortadadır!

Mənim üçün çox maraqlıdır: Dini məktəblərdə və ya ilahiyyat fakültələrində oxuyan gənclərin beş vaxt namaz qılma, məscidə getmə və oruc tutma nisbəti nə qədərdir?

Məncə əsas problem budur: Biz dinin yalnız “təbliğ”lə başqalarına çatdrılacağını düşünürük. Çox təəssüf! “Gözəl nümunə” olmadıqca istədiyiniz qədər dillə təbliğ etsəniz də bunun heç bir faydası olmacaq. 

İndi siz deyin: “İslam ədalət dinidir!” Lakin ədaləti yerinə yetirmək məsuliyyəti daşıyanlar bunu etmirsə, sözünüzün faydası ola bilər?

İndi siz deyin: “İslam mərhəmət dinidir…” Ailədən başlayaraq bütün pillələrdə mərhəmətsizlik baş alıb gedərkən bu sözün bir faydası var?

Valideynlər, müəllimlər, Quran kursunda təlim keçənlər, müftilər, axundlar, imamlar, vaizlər…. Bir sözlə, ailədən başlayaraq cəmiyyətə dini başa salma və nümunə olma mövqeyində olanların üzərinə çox böyük vəzifələr düşür…

MÜZAKİRƏ

3 şərh DİNDƏN SOYUMA PROBLEMİMİZ üçün

  1. Feqani dedi:

    Salam Elsad qardas men sizin butun paylasimlarinizi ve fikirlerinizi cox beyenirem cunki oxuyub anladigim quranla ust uste dusur , o sebeble sizin fikirlernizi beyenirem . Ve birde bir sual vermek isderdim: cimerlikde cimmek ne qeder dogrudu ve ya olar ? Qadinlarla ( yaniki aile) birlikde usaxlarla

  2. Vadar dedi:

    İlk növbədə hər şey valideynlərdən aslıdır! Yəni valideyn Qurana, İslama maraq göstərməlidir! Allahı araşdırmalıdır! Sonra da oxuduğu və öyrəndiklərini öz körpələrinə aşılamalıdır! Tay kor-koranə məzhəblərin arxasıyca düşməməlidir!

  3. Farid Rashid dedi:

    Azərbaycanda 95% müsəlmandir. Amma müsəlman kimi yaşayan araşdirsan 2% kecər ya keçməz. Yəni Azərbaycan coğrafi müsəlmandir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir