Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dini dərslərini mağarada keçən suriyalı şagirdlər – FOTO

Mağara gündə 100 şagirdə ev sahibliyi edir

Suriyada məktəbləri bombalanan şagirdlər təhsillərinə mağaralarda və karvanlarda davam etməyə çalışır.

“Din.az” xəbər verir ki, Suriyada Əsəd əleyhinə baş qaldıran qarşıdurmalardan artıq 5 il keçir. Silahlı mübarizəyə çevrilən ölkə böyük bir müharibə meydanına çevrilib. Əsədin müxalifət qüvvələrinə qarşı istifadə etdiyi barrel bombaları ölkəni yerlə yeksan edib.

sry_5114

Vətəndaşların yaşadıqları evlər, xəstəxana və məktəblər isə xüsusi olaraq hədəfə alınıb. Hökumət qüvvələrinin darmadağın etdiyi bölgələrdə yaşamağa davam edən sakinlərin təhsil almaları da xeyli zəifləyib. Lakin bəzi şəxslərin təşəbbüsü ilə çıxış yolları tapılıb.

sry_8027

Mağarada dərs…

İdlibdə bir ailə məktəb probleminə qeyri-adi həll yolu tapıb. Belə ki, ailə sığınacaq olaraq istifadə etdikləri mağaranı məktəbə çevirib. Beləliklə, bombardmana dayanıqla sayılan mağara gündə 100 şagirdə ev sahibliyi edir.

Ali Xalid Stuf mağara şagirdlərindən biridir. Hər gün yerin altındakı məktəbinə bir neçə addım ataraq gedir və orada 4 saat ərzində ərəb dilini, riyaziyya, ingilis və din dərslərini öyrənir.

sry_1176

magara_5198

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...