Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Bu gün dünyada İslam qorxusu yoxdur” – Roma Papası

Mən müsəlman və xristianların birgə yaxşı yaşadıqları Argentinadan gəlirəm.

Katolik kilsəsinin lideri və Vatikanın prezidenti Papa Fransisko dövlətin hüquqi olmasının vacibliyini vurğulayıb və “Dini dövlətlərin sonu pis bitir”, – deyə bildirib.

“Din.az” “7News.az”a istinadən xəbər verir ki, hüquq və dinin ictimai sahədəki yeri ilə hüquqi Fransa modelinə dair sualı cavablandıran Papa dini dövlət qurmağın tarixə zidd olduğunu qeyd edib: “Dövlətlər hüquqi olmalı, dini olanların sonu pis bitir. Bunlar tarixə ziddir”.

“Hər birimiz Tanrının övladlarıyıq. (İslamda tanrının övladı olmadığı açıq-aşkar bildirilir – red. (din.az)) Hər kəs dini inancını ifadə etmək sərbəstliyinə sahib olmalıdır. Əgər müsəlman bir qadın hicab taxmaq istəyirsə, bunu edə bilməlidir. Bu eyniylə xaç taxmaq istəyən bir katolikə də aiddir”, – deyə Papa əlavə edib.

Fransanın hüquqi dövlət modelində həddini aşdığını deyən Papa dinin alt mədəniyyət kimi qəbul edilməsinə etiraz edib.

Papa onu da bildirib ki, bu gün dünyada İslam qorxusu yoxdur. Xristian və müsəlmanların hələ də birlikdə yaşaması mümkündür: “Məsələn, mən müsəlman və xristianların birgə yaxşı yaşadıqları Argentinadan gəlirəm”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...