Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dini ekstremist fəaliyyətlə məşğul olan 188 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb

Dini ekstremist fəaliyyətlə məşğul olanlar ölkədən xaric edilib.

Ötən il daxil olan məlumatlar əsasında dini ekstremist fəaliyyətlə məşğul olduqlarına görə 188 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən əsaslandırılmış rəylər hazırlanıb.

Din.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabat bildirilib ki, həmin rəylərə baxılması üçün toplanmış materiallar müvafiq məhkəməyə göndərilib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...