Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dini icmalara avtomobil hədiyyə edilməsi nümunəvi haldır – DEPUTAT

“Azərbaycanda din dövlətdən ayrıdır, amma ölkədə dinə qarşı xüsusi qayğı mövcuddur”.

“Azərbaycanda dini icmalara avtomobil hədiyyə edilməsi nümunəvi haldır”.

Din.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib:

“Baxmayaraq ki, Azərbaycanda din dövlətdən ayrıdır, amma ölkədə dinə qarşı xüsusi qayğı mövcuddur. Bu gün din xadimləri də dövlət tərəfindən onlara qarşı olan qayğını, diqqəti mütəmadi müşahidə edirlər. Bunu yeni məscidlərin tikilməsi, köhnə məscidlərin yenidən təmir olunub insanların istifadəsinə verilməsində də görmək olar. Bu qayğını dini mərasimlərdə cənab prezidentin iştirakı və qeydiyyatdan keçmiş dini icmalara nəqliyyat vasitələrinin verilməsində də şahid oluruq. Maşınların verilməsində müəyyən çaşqınlıq yaranır. Söhbət fərdlərdən getmir, icmalardan gedir. İcmalar nəqliyyat vasitələri ilə təmin olunurlar və bu proses də başlayıb”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...