Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Dini icmalara pul ayrıldı

Share Button

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 119 dini icmaya maliyyə yardımı ayrılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 5 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

DQİDK-nin mətbuat xidmətindən din.az-a verilən məlumata görə, dini icmalara maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədinin yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsi, Azərbaycan xalqının dərin tarixi köklərə malik tolerant və multikultural dəyərlərinin ictimaiyyətə dolğun formada çatdırılması olduğunu vurğulayan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı prezidentin müvafiq sərəncamını dövlətin dinə qayğısının ən bariz nümunəsi kimi qiymətləndirib.

Komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.

Sonda icma sədrlərini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 119 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 100-ü isə İslam dini icmasıdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir