Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dini icmaların fəaliyyəti müzakirə olunub – FOTO

Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Qaxda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib. “Din.az” xəbər verir ki, Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov, rayonda fəaliyyət göstərən dini icma sədrləri, din […]

Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Qaxda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.

“Din.az” xəbər verir ki, Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov, rayonda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, rayon ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.

dini_qurumlar_tedbir_260816_01

Tədbiri giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov rayondakı dini durum barədə məlumat verib. O bildirib ki, Qax rayonu Azərbaycanda müxtəlif xalqların, müxtəlif dini konfessiyaların, icmaların, o cümlədən müxtəlif etnosların birgə yaşadığı ən nümunəvi bölgələrdən biri sayılır. Rayonda alban məbədlərinin, məscidlərin, gürcü kilsəsinin, digər dini ayinlərin icra edildiyi ziyarətgahların mövcud olduğu və birgə fəaliyyət göstərdiyi hamıya yaxşı bəllidir.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. Qeyd edib ki, Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Səyyad Salahlı həmçinin, dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları, dünyada baş verən siyasi proseslərin dini radikalizmə təsiri barədə geniş məlumat verib.

dini_qurumlar_tedbir_260816_03

Azərbaycan dövlətinin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlərdən bəhs edən Komitə rəsmisi eyni zamanda gənclərin, ziyalıların və din xadimlərinin dini radikalizmlə mübarizədə fəal olmalarının vacibliyindən danışıb.

Sonra Qax Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nəzirməhəmməd Nəsirov, Qax rayon qazısı Novruz Sadıqov və QMİ-nin rayon üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov da mövzu ətrafında məruzələr ilə çıxış ediblər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

dini_qurumlar_tedbir_260816_02

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...