Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dini inancına görə xanımı həbsə atdılar

İran bəhai dinindən olan qadını növbəti dəfə həbsə məhkum etdi

Şiraz şəhərində bəhai dinindən olan Yekta Fəhəndəj Sədi, dini inancına görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

“Din.az” “GünAz TV”ə istinadən bildirir ki, Şiraz inqilab məhkəməsinin ötən ay keçirdiyi məhkəmə iclasında Yekta Fəhəndəj Sədi, bəhai dininə mənsub olmaqda, sistemə qarşı təbliğat aparmaqda və qanunsuz toplantılara qatılmaqda günahlandırılaraq 5 il həbs cəzasına məhkum edilib.

Gənc bəhai Yekta Fəhəndəj Sədi, bəhai olduğuna görə bundan əvvəl də bir neçə dəfə tutularaq həbsə salınıb. O, 2011-ci ilin fevral ayında eyni ittihamlara görə tutulub 82 gün ETTELAAT-ın Şirazdakı idarəsinin təcridxanasında saxlanıldıqdan sonra müvəqqəti olaraq azadlığa buraxılmışdı. Şirazlı bəhai ikinci dəfə 2013-cü ilin mart ayında hökumət qüvvələri tərəfindən tutulmuş, 2 ay ETTELAAT təcridxanasında saxlanıldıqdan sonra sərbəst buraxılmışdı.

Rəsmi statistikaya görə, hazırda İranda 300 mindən çox bəhai yaşayır. İran konstitusiyası bəhai dinini ayrıca və müstəqil bir din kimi tanımır. Elə buna görə də, ölkədə yaşayan bəhailərin sərbəst təhsil almasına, dövlət idarələrində işə götürülməsinə və digər hüquqlarına qadağa qoyulub. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu yana, ölkədə ən azı 300 nəfərdən çox bəhai edam edilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...