Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dini İşlər İdarəsi ( Diyanet İşleri Başkanlığı) Baş Nazirliyə tabe olacaq 

Türkiyədə Dövlət idarəçiliyində yeni sistem …

Türkiyədə Dövlət idarəçiliyində yeni sistemin tətbiqi nəzərdə tutulub.
Din.az xəbər verir ki, artıq Baş Nazirliyə 8 Nazirlik tabe olacaq. Bununla da güclü koordinasiya və əlaqələnmənin sürətləndirilməsi nəzərdə tutulur. Yeni strategiya ilə artıq büdcənin düzgün planlanması və strategiyası məhz İqtidasiyyat Nazirliyi ilə reallaşdırılacaq. Büdcə kəsrlərinin aradan qalxması, daha optimal istifadənin bu üsulla formalaşacağı düşünülür.

“İletişim Başkanlığı” yəni “Xarici Əlaqələr Nazirliyi”nin Türkiyənin bir marka olaraq təqdim olunması və tanınması üçün ilk addım kimi düşünüldüyü də qeyd edilir.

Baş Qərargah (Genelkurmay Başkanlığı)

Milli Təhlükəsizlik Xidməti(Milli Güvenlik Kurulu)

Müdafiyə Sənayesi Nazirliyi (Savunma Sanayii Başkanlığı)
Dövlət Təhlükəsizlik Xidməti (Milli İstihbarat Başkanlığı)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ( Diyanet İşleri Başkanlığı)

Dövlət Müfəttişlik Xidməti ( Devlet Denetleme Kurulu)

Xarici Əlaqələr Nazirliyi (İletişim Başkanlığı)

İqtisadiyyat Nazirliyi (Strateji ve Bütçe Başkanlığı)

Adıçəkilən sistemin üstün cəhəti isə ondadır ki, artıq yeni quruluşla qərar qəbulu prosesi də fərqli olacaq. Belə ki, sistemdəki mərhələli proses azaldılacaq və konkretləşdiriləcək. Bununla da səlahiyyət qarışıqlığının qarşısı da alınmış olacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...