Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dini İşlər İdarəsinin rəhbərindən Adnan Oktara SƏRT SÖZLƏR – VİDEO

“İnşallahlar, maşallahlar havada uçur, özünə komanda yığıb, qızlarla rəqs edir”.

Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Əli Ərbaş jurnalistlərlə görüşündə din xadimi Adnan Oktarı sərt tənqid edib.

Din.az xəbər verir ki, Ankarada keçirilən konfransda jurnalistlərə açıqlama verən Ərbaş A.Oktarın ağlını itirdiyini deyib:
“Belə bir proqramın izlənilməsi doğru deyil. Bu şəxs vaxtı ilə yəhudilik, masonluq kitabları yazan qrupun rəhbəri idi. İndi özü mason olduğunu etiraf edir. Tamamilə, ağlı pozulmuş vəziyyətdədir. Yəhudilərə və masonlara etdiyi təhqirə görə cəza aldı. Həbsxanaya düşmə səbəblərindən biri də Atatürkü təhqir etməsi olub. Ancaq indi özünü ən böyük Atatürkçü kimi göstərməyə çalışır. Bu insanın ağlı yerində deyil. Səlahiyyətli şəxslər o telekanalı bağlatmalıdırlar. “İnşallahlar, maşallahlar havada uçur, özünə komanda yığıb, qızlarla rəqs edir. Belə şey doğru ola bilərmi?”. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...